Azərbaycan özünün müstəqillik dövründə, xüsusilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Respublikamıza rəhbərliyindən sonra bütün sahələrdə öz nümunəsini, dövlət idarəçiliyində demokratik prinsiplərə önəm verilməsini, beynəlxalq birliyə inteqrasiyasını ortaya qoyaraq, dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açıldı. Həmin vaxtdan başlayaraq nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dünya dövlətlərinin, araşdırma mərkəzlərinin, tanınmış ekspertlərin, ictimai-siyasi xadimlərin və aparıcı kütləvi informasiya vasitələrinin diqqətini ölkəmizə çəkən də məhz bu amillərdir [1].
Qiymətləndir