Axtarışın nəticələri

Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının iclası aidiyyatı üzrə öz fəaliyyətini davam etdirərək fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Beynəlxalq Münasibətlər və Siyasi İnstitutlar və Sistemlər ixtisası üzrə institutun doktorant və disertantları tərəfindən yazılmış elmi işlərin mövzularınıaçıq müdafiəyə təqdim olunmaq üçün ilkin müzakirəyə çıxarıb.

Ətraflı

“Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə” Professor Aytən Mustafazadə təltif edilib

İNJURİA hüquq jurnalının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qadın və Qızların elmdə iştirak günü münasibətilə Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi ölkəmizdə gender bərabərliyinə nail olmaq, məişət zorakılığının qarşısını almaq, hüquqi yardıma çıxışı məhdud olan qadınlara təmənnasız hüquqi yardımın göstərilməsi olub.

Ətraflı

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə”mövzusunda konfrans keçirilib

Dekabrın 23-də MDB PA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı videokonfrans keçirib.

Ətraflı

Alimimiz Fəxri Fərmanla təltif olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru,Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti,tədqiqatçı-alim Rizvan Hüseynov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə İkinci Qarabağ müharibəsi zamanı hərbi hissələrdə və həmçinin zərərçəkmiş mülki əhali arasında mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi məqsədilə görülən işlərdə yaxından iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub.

Ətraflı

Ermənilərin növbəti “əfsanə”sinin üstü açıldı

4-6 dekabr 2020-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynovun rəhbərliyi altında bir qrup tədqiqatçı Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilmiş hissəsini ziyarət etdi. Azərbaycan Respublikası MəRizvan Hüseynovun rəhbərlik etdiyi tədqiqatçı qrupunun Ağdamda keçən mühüm ezamiyyətinin nəticələri ilə buradan ətraflı tanış ola bilərsiniz.dəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti tərəfindən məntiqi dəstək və yardım göstərildi.

Ətraflı