Axtarışın nəticələri

Xəyalə Kələşovanın “Düşmən dövləti tərəfindən 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarında törədilmiş ekoloji cinayətlər” adlı məqaləsi dərc olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Kələşova Xəyalə Xəqani qızının Polis Akademiyasının Elmi Xəbərləri jurnalının №1 (33), 2 mart 2022 - ci il buraxılışında “Düşmən dövləti tərəfindən 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarında törədilmiş ekoloji cinayətlər” adlı məqaləsi dərc olunub.

Ətraflı

Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının iclası aidiyyatı üzrə öz fəaliyyətini davam etdirərək fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Beynəlxalq Münasibətlər və Siyasi İnstitutlar və Sistemlər ixtisası üzrə institutun doktorant və disertantları tərəfindən yazılmış elmi işlərin mövzularınıaçıq müdafiəyə təqdim olunmaq üçün ilkin müzakirəyə çıxarıb.

Ətraflı

“Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə” Professor Aytən Mustafazadə təltif edilib

İNJURİA hüquq jurnalının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qadın və Qızların elmdə iştirak günü münasibətilə Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi ölkəmizdə gender bərabərliyinə nail olmaq, məişət zorakılığının qarşısını almaq, hüquqi yardıma çıxışı məhdud olan qadınlara təmənnasız hüquqi yardımın göstərilməsi olub.

Ətraflı

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə”mövzusunda konfrans keçirilib

Dekabrın 23-də MDB PA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı videokonfrans keçirib.

Ətraflı

Alimimiz Fəxri Fərmanla təltif olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru,Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti,tədqiqatçı-alim Rizvan Hüseynov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə İkinci Qarabağ müharibəsi zamanı hərbi hissələrdə və həmçinin zərərçəkmiş mülki əhali arasında mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi məqsədilə görülən işlərdə yaxından iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub.

Ətraflı