Arxiv

Alimimiz “Cinayət hüququ və əməliyyat axtarış fəaliyyəti: problemlər qanunvericilik, təcrübə və nəzəriyyə”mövzusunda keçirilmiş konfransda iştirak edib

28 aprel tarixində Rusiya Federasiyası Elmi Tədqiqat və Cəzaların İcrasına Nəzarət İnstitutu və Kriminalist, Kriminoloqlar birliyinin birgə təşkil etdiyi “Cinayət hüququ və əməliyyat axtarış fəaliyyəti: problemlər qanunvericilik, təcrübə və nəzəriyyə” adlı VIII Beynəlxalq elmi-praktik konfrans keçilib.

Ətraflı

Alimimiz “Müasir parlamentlər: fəaliyyət trendləri, inkişaf tarixi və rolu” mövzusunda keçirilmiş elmi-praktik konfransda çıxış edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, h.ü.e.d., professor Məhəmməd İmanlı Rusiya Federasiyası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Müasir parlamentlər: fəaliyyət trendləri, inkişaf tarixi və rolu” mövzusunda veb formatda təşkil etdiyi elmi-praktik konfransda çıxışçı qismində iştirak edib.

Ətraflı

Hüquq və İnsan Haqları İnstitutunun elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış tədqiqatların yeni metodologiyaya uyğun pilot olaraq həyata keçirilməsi və elmi işlərin nəticələrinin qiymətləndirilməsi mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasında təsis edilən 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” olaraq müəyyən edilmişdir. Elm gününün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür.

Ətraflı

Əməkdaşımız Türkiyənin Özyeğin Üniversitetinin Alman Hüququ Uyğulama və Araşdırma Mərkəzi tərəfindən Dijital Katılım sertifikatları ilə təltif olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya Hüququ şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Araz Raquf oğlu Qədimalıyev Türkiyənin Özyeğin Üniversitetinin Alman Hüququ Uyğulama və Araşdırma Mərkəzi tərəfindən mart ayında keçirilmiş “Anayasa Mahkemesine Bireysel Başvuruda Güncel Sorunlar” mövzusundakı seminarda iştirak etdiyinə və ixtisas artımı kursunu uğurla başa vurduğuna görə Dijital Katılım sertifikatları ilə təltif olunub.

Ətraflı

Gənc əməkdaşımız “Fəxri Fərman”la təltif olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət Təhlükəsizliyinin Hüquqi Təminatı Şöbəsinin böyük elmi işçisi Xəyalə Xəqani qızı Kələşova Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə professor–müəllim heyətinin “Fövqaladə hallarla mübarizənin aktual Problemləri” mövzusunda keçirilmiş elmi-texniki konfransda fəal iştirak etdiyinə görə “Fəxri Fərman”la təltif olunub.

Ətraflı

31 Mart Azərbaycanlıların Soyqırım Günüdür

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Ətraflı

Əməkdaşımız “Qarabağın tarixi: Siyasi, İqtisadi, Mədəni aspektlər”i mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda məruzəçi qismində çıxış edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin elmi işçisi Günay Səhhət qızı Əliyeva 17-18 mart 2022-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin təşkil etdiyi“Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər”imövzusundakı beynəlxalq elmi konfransında “Qarabağın uca zirvəsi – füsünkar Şuşa” mövzusunda məruzəçi qismində iştirak edib.

Ətraflı