Arxiv

“Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə” Professor Aytən Mustafazadə təltif edilib

İNJURİA hüquq jurnalının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qadın və Qızların elmdə iştirak günü münasibətilə Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi ölkəmizdə gender bərabərliyinə nail olmaq, məişət zorakılığının qarşısını almaq, hüquqi yardıma çıxışı məhdud olan qadınlara təmənnasız hüquqi yardımın göstərilməsi olub.

Ətraflı

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə”mövzusunda konfrans keçirilib

Dekabrın 23-də MDB PA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı videokonfrans keçirib.

Ətraflı

Alimimiz Fəxri Fərmanla təltif olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru,Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti,tədqiqatçı-alim Rizvan Hüseynov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə İkinci Qarabağ müharibəsi zamanı hərbi hissələrdə və həmçinin zərərçəkmiş mülki əhali arasında mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi məqsədilə görülən işlərdə yaxından iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub.

Ətraflı

Ermənilərin növbəti “əfsanə”sinin üstü açıldı

4-6 dekabr 2020-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynovun rəhbərliyi altında bir qrup tədqiqatçı Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilmiş hissəsini ziyarət etdi. Azərbaycan Respublikası MəRizvan Hüseynovun rəhbərlik etdiyi tədqiqatçı qrupunun Ağdamda keçən mühüm ezamiyyətinin nəticələri ilə buradan ətraflı tanış ola bilərsiniz.dəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti tərəfindən məntiqi dəstək və yardım göstərildi.

Ətraflı

Zəfər paradı Qələbəmizin rəmzidir

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın "Zəfər paradı Qələbəmizin rəmzidir" başlıqlı elmi-publisistik məqaləsi sonxeber.az saytında yayımlanıb.

Ətraflı

Professor Aytən Mustafayeva: “Mediasiya Şurasının yaradılması məhkəmə-hüquq islahatları çərçivəsində növbəti uğurlu addımdır”

"Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və müdafiəsi baxımından çox faydalı təşəbbüslər irəli sürülür. Hesab edirəm ki, mediasiya institutu kimi belə bir presedentin yaradılması vətəndaşların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, məhkəmə-hüquq islahatları çərçivəsində növbəti uğurlu addımdır".

Ətraflı

Heydər Əliyev – əbədiyaşar lider

18 il əvvəl dekabr ayınını 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır.

Ətraflı

“Qarabağın xristian irsi “nifaq alması” kimi: münaqişə tarixinə baxış”

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində öz ərazilərini erməni işğalından azad etdikdən sonra Cənubi Qafqazın tarixində yeni dövr başlayıb. Daim alovlanan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mühüm şans yaranıb. bir əsrdən çoxdur. İşğal edilmiş ərazilərdə minlərlə dağıdılmış şəhər və kəndlər, qəbiristanlıqlar, məscidlər, kilsələr və digər tarix və memarlıq abidələri qalmışdır.

Ətraflı