Nəşrlər

Aytən Mustafazadə, Zamiq Aslanov: Seçki hüququ

Dərs vəsaiti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan seçki qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında, seçki hüququ sahəsində nəzəri-təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır.

Ətraflı

44 günlük diplomatiya dərsləri

Dövlət başçısı cənab İlham Əliyevin dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əsasında hazırlanan “44 günlük diplomatiya dərsləri” adlı kitab AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuşdur.

Ətraflı

Abbas İslamov: Favstos Buzandın “Hayların tarixi” əsərinin absurdları

Təqdim olunan kitabda müasir Ermənistan milli tarix məktəbi tərəfindən “qədim erməni tarixşünaslığının ən görkəmli abidələrindən biri” sayılan Favstos Buzandın “Hayların tarixi” əsəri («История хайев») tənqidi baxımdan təhlil edilmişdir. F.Buzandın “Hayların tarixi” əsərinin əsl məzmununu tədqiq edən müəllif sübut etmişdir ki, bu kitab absurd, xronologiyası olmayan anti-tarixi uydurmalardan ibarətdir.  “Hayların tarixi” heç bir tarixi və mötəbər informasiyaya malik deyil və onun qətiyyən elmi dəyəri yoxdur. F.Buzandın əsərinin ətraflı təhlili onun təkcə tarixi bir sənəd kimi tam əsassızlığını  aşkarlamır, həmçinin bütün erməni tarixinin etibarsızlığını nümayiş etdirir. Çünki “Hayların tarixi” məhz erməni tarixşünaslığının əsasını təşkil edən əsərlərdən biridir.

Ətraflı

“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində”

“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində” adlı topluda süni intellektin mövcud hüquq sistemləri çərçivəsində tətbiqi, әmәk resurslarına və sosial sahəyə tәsiri, eləcə də sözügedən müasir texnologiyaların cәmiyyәtin vә dövlәtin tәhlükәsizliyi üçün yaratdığı tәhdidlәr haqqında məqalələr yer almışdır.

Ətraflı

Süleymanov C.İ. Nəsibov K.R. Teymurov A.A. Cinayət mühakiməsində insan hüquqlarının müdafiəsi taktikası (monoqrafiya)

Müasir məntiq və psixologiyanın nailiyyətlərinə əsaslanan müdafiə taktikası metodlarının təkmilləşdirilməsi həm məhkəmə tibb elminin daha da inkişaf etdirilməsi üçün ən aktual vəzifələrdən biridir və cinayət mühakiməsində şəxslərin hüquqlarının təmin edilməsi sisteminin təkmilləşdirilməsidir. Elmi və praktik işçilər, hüquq məktəbləri tələbələri üçün.

Ətraflı

SÜLEYMANOV C.İ. iSMAYILOVA S.; RƏCƏBOVA T.F., TEYMUROV A.A. "İnsan hüquqları və Cinayət prosesi: Ədalətli məhkəmə araşdırması üzrə təlim"

Məhkəmə prosesinin ədalətli olması insan hüquq və azadlıqlarının təmin edilməsi amillərinin kompleksi ilə müəyyən edilir. Monoqrafiyada fərdi hüquqların əlaqələri və cinayət prosesinin müddəaları, əsas anlayışlar, prinsiplər və sistem münasibətləri, ədalətli əlaqənin şərtləri və təminatları araşdırılır. Təlim məhkəmə proseslərinin iştirakçıları, elmi və praktik işçilər, təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.

Ətraflı