Nəşrlər

Ayxan Rüstəmzadə, Könül Məmmədova: Elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsasları (monoqrafiya)

İnsanlar məhkəmələrə müraciət edərkən vaxt itkisi ilə, artıq maddi xərclərlə, kargüzarlığın düzgün aparılmaması və.s bu kimi digər problemlərlə qarşılaşırlar. Mövcud problemlərin həll olunması üçün elektron məhkəmələrin istifadə olunması zəruri olduğundan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 fevral 2014-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmışdır. Sərəncam məhkəmə islahatları sahəsində strateji prioritet istiqamətləri müəyyən edərək Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmə sistemində inqilabi təkamülün əsasını qoydu.

Ətraflı

Xalid Niyazov: Dövlət informasiya siyasəti və informasiya hüququ (monoqrafiya)

Bəşəriyyət öz inkişafının informasiya mərhələsinə qədəm qoyub. Müasir informasiya cəmiyyəti postsənaye dövrünün ictimai-siyasi, iqtisadi və sosiomədəni paradiqması kimi təzahür etməkdədir. İnformasiya sahəsində dövlətin strateji fəaliyyət xəttini dövlət informasiya siyasəti müəyyənləşdirir. Cəmiyyətdəki ictimai münasibətlərin palitrası dəyişdikcə paralel olaraq onları tənzimləyən normativ aktlar sistemi yaranır.

Ətraflı

Sura Hüseynova: Avropa İttifaqı Avropa təhlükəsizlik arxitekturasında: təcrübə, perspektivlər və çağırışlar (monoqrafiya)

Monoqrafiya postblok dünya düzənində beynəlxalq-siyasi və geostrateji şəraitdəki radikal dəyişikliklərlə bağlı yeni regional arxitektura təhlükəsizliyinin yaradılmasında Avropa İttifaqının roluna həsr olunmuşdur. Monoqrafiyada oxucuların diqqətinə təklif olunan tədqiqat predmetinin aktuallığının əhəmiyyətli aspekti Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı beynəlxalq aktorların çağdaş strategiyalarının təhlil edilməsinə olan elmi tələbatdır.

Ətraflı

Nəsib Şükürov: Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsində Yuvenal Ədliyyənin rolu və onun təkmilləşdirilməsi (monoqrafiya)

Monoqrafiyada, Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq və dövlətdaxili hüququnun aktual problemlərindən biri olması, uşaq hüquqları sahəsində mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə dövlətdaxili mexanizmlərinin beynəlxalq mexanizmlərə uyğunlaşdırılması, “Yuvenal ədliyyə haqqında” qanunun qəbulu zərurəti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin və əsasnamələrinin təkmilləşdirilməsi, yuvenal məhkəmələrin uşaqların törətdikləri hüquq pozuntusuna görə ədalətli qərarların çıxarılmasına xidmət etməsi kimi məsələlər tədqiq olunmuşdur.

Ətraflı

Aytən Mustafazadə,Zamiq Aslanov: Tibb hüququ

Dərs vəsaiti Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır. Təqdim olunan dərs vəsaitində müasir dövrdə Azərbaycan Respublikasında tibbi fəaliyyətin hüquqi tənziminin və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılmış, tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqları, tibb işçiləri və həkimlərin hüquqi statusu...

Ətraflı

Aytən Mustafazadə ,Nazim Cəfərli: İslam hüququ

“İslam hüququ (insan hüquqları kontekstində)” adlı kitab islam və insan hüquq-ları və azadlıqları kontekstində işlənməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə ithaf olunmuşdur. Kitabda şəriət və fiqh elminin mahiyyəti, əsas xüsusiyyətləri, islamın meydana gəlməsi ərəfəsində Ərəbistanda ictimai münasibətlərin tənzimlənməsinin vəziyyəti, islamın meydana gəlməsi ilə insan hüquq və azadlıqlarının təminatı sahəsində baş verən köklü dəyişikliklər tədqiq və təhlil edilir.

Ətraflı

Elşad Mirbəşir oğlu: Müasir Terrorizm və BeynəlxalqTəhlükəsizlik Problemi (monoqrafiya)

Yeni nəşrlərimizdən biri institutumuzun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir oğlunun “Müasir Terrorizm və Beynəlxalq Təhlükəsizlik Problemi” adlı monoqrafiyasıdır. Müasir mərhələdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan təhlükələrdən biri də terrorizmdir. İnformasiya kommunikasiya texnologiyalarının, silah sənayesinin öz inkişafının kifayət qədər yüksək mərhələlərinə çatması terrorizmin təhlükəlilik dərəcəsini daha da artırmışdır. Belə ki, terrorçu təşkilatlar yeni imkanlardan fəal istifadə etməklə, daha ciddi təhlükə mənbəyinə çevrilmişlər. Bu baxımdan, müasir mərhələdə terrorizmə qarşı mübarizə məsələsi olduqca böyük aktuallıq kəsb etməkdədir.

Ətraflı

Abbas İslamov. "Ermənistan toponimləri və hayk xalqı: saxtakarlıqların mənbələri

Abbas İslamovun “Ermənistan toponimi və hayk xalqı: saxtalaşdırma mənbələri” kitabı təcavüzkar işğalçı siyasətlərinə haqq qazandırmağa çalışan erməni psevdo-alimlərinin, millətçilərinin və ideoloqlarının yalanlarına həsr edilmişdir. Müəllif tərəfindən arxiv sənədləri, tarixi abidələr və s. əsasında ermənilərin yalançılığı və özgələrinin tarixini plagiat etməsi sübuta yetirilir.

Ətraflı

A.İ.İslamov. Moisey Xorenlinin saxta "Hayların tarixi"

Abbas İslamovun tədqiqatı Moisey Xorenskinin  “Hayların tarixi” adlı əsərinin təhlilinə həsr olunub.  Müəllif təkzibedilməz faktlar vasitəsilə istər M.Xorenskinin, istərsə də  onun  ədəbi və tarixi mənbələrin  plagiat və təhrif edilməsi ilə qələmə aldığı «tarixin» «erməni ənənəsi»nin bünövrəsində məhək daşına çevrilən misli görünməmiş bir saxtakarlıq olduğunu sübuta yetirir. Saxtalaşdırmanın ümumi mənzərəsini yalnız Xorenskinin - özünü V əsrə aid edən naməlum kompilyatorun əsərində mövcüd olan  və "erməni ənənəsi"nin  hüdudlarından kənar başqa heç bir  mənbədə təsdiqini tapmayan uydurulmuş adların və hadisələrin bolluğu tamamlayır.Abbas İslamovun tədqiqatı Moisey Xorenskinin “Hayların tarixi” adlı əsərinin təhlilinə həsr olunub. Müəllif təkzibedilməz faktlar vasitəsilə istər M.Xorenskinin, istərsə də onun ədəbi və tarixi mənbələrin plagiat və təhrif edilməsi ilə qələmə aldığı «tarixin» «erməni ənənəsi»nin bünövrəsində məhək daşına çevrilən misli görünməmiş bir saxtakarlıq olduğunu sübuta yetirir.

Ətraflı