İctimai iştirakçılıq Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət institutlarının qarşılıqlı əlaqəsinin əsas vasitəsi kimi - Azərbaycan Hüquq Jurnalı. 2022 (№1)

Açıqlama:

Məqalədə ictimai iştirakçılığın Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət institutlarının qarşılıqlı əlaqəsinin əsas vasitəsi kimi mühüm məsələlər hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının milli qanunvericiliyi əsasında geniş təhlil edilir. Qeyd edilir ki, müasir dövrdə dünya təcrübəsinə və Avropa standartlarına hərtərəfli və geniş miqyasda inteqrasiya edən Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə qeyri-dövlət, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin qurulmasında “ictimai iştirakçılıq” metodundan istifadə edir. Məqalədə bir sıra mühüm sahələrdə milli qanunvericiliyin beynəlxalq hüquq normaları ilə qarşılıqlı təhlili aparılır və əsas istiqamətlər müəyyən edilir. Daha sonra, Azərbaycan Respublikası praktikasında ətraf mühitin mühafizəsi sahəsinə bir qədər geniş yanaşma tətbiq edilərək ətraflı təhlillər aparılır. Məqalədə hər bir sahənin təhlili üzrə konkret nəticələr irəli sürülür və əsaslandırılır.


Müəllif : Elnarə Mirzəyeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir