İctimai yerlərdə spirtli içki qəbul edən şəxslərin hüquqa zidd davranişlarının profilaktikası və məsuliyyəti məsələsi haqqında - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Düşünən hər bir fərd üçün əhəmiyyət kəsb edən təsəvvürlər arasında mülkiyyət, qida, karyera və istirahət xüsusilik təşkil edir. Onların hər birinin gercəkləşməsinin asılı olduğu təzahürlər yer və vaxt ilə xüsusi əlaqəlidir. Ümumiyyətlə ictimai yer cəmiyyətin gündəlik həyatında mühümlüyü ilə xarakterizə olunur. Bununla belə ictimai yerlərdə yaranan və təkamül edən ictimai münasibətlərin sistemi sayılan ictimai qayda təşkil edilir ki, buradan belə nəticəyə gəlmək olar ki, cəmiyyət və dövlət öz növbəsində ictimai yerlərdə formalaşmaqda olan əxlaq və hüquq normalarının təmini, eləcə də mühafizəsi və qorunması üzrə tədbirlər görməlidir. Nəzəri ədəbiyyatlarda ictimai yerlərin daimi, vaxtaşırı və epizodik xarakterli növləri fərqləndirilir. Məsələn: Rus hüquqşünas alimi L.LPopov ictimai yerlərin aşağıdakı üç kateqoriyasını fərqləndirir: 1. Daimi istifadə olunan ictimai yerlər: küçələr, meydanlar, yollar və s. 2. Müvvəqqəti istifadə olunan ictimai yerlər: mağazalar,teatrlar, stadionlar və s. 3. Epizodik ictimai yerlər: kütləvi-mədəni tədbirlərin təşkil olunduğu meşələr, dağ massivləri, göllər, çay sahilləri və dənizkənarı yerlər [1, s.78- 79]. Hüquqşünas alimlər V.Abışov və H.Eyvazov “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” ümumi hissə dərsliyində qeyd edirlər ki, ictimai yerlər, əsasən, onlarda insanların olması ilə əlaqələndirilir, çünki insanların ünsiyyətdə olduqları yerlərdə davranış qaydasının pozulması bir şəxs tərəfindən digər şəxsin, insan qruplarının, cəmiyyətin maraqlarına toxunması ilə bağlıdır.


Müəllif : Rafiq Nəcəfquliyev - DİN-in Polis Akademiyası “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Rəhmanov - DİN-in Polis Akademiyasının əyani fakültəsinin 5-ci kurs kursantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir