İnformasiya hüquq pozuntuları və informasiya-hüquqi məsuliyyət: qarşılıqlı əlaqələrin nəzəri və təcrübi aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2022 (№1)

Açıqlama:

Hal-hazırda əksər dövlətlərin qanunvericiliyi informasiya texnologiyaları sahəsindəki pozuntuların qiymətləndirilməsinə vahid yanaşmanın olmaması ilə xarakterizə olunur. Bundan əlavə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və istifadəsini tənzimləyən qanunvericiliyin mükəmməl olmaması, texnoloji tərəqqinin müxtəlif aspektlərinin hüquqi tənzimlənməsinə yanaşmalarda tənzimləyici bazanın bölünməsi ümumi hüquqi problem olaraq qalmaqda davam edir. Bu da informasiya hüquq pozuntularının artmasına və bir çox hallarda latent qalmasına gətirib çıxarır. Məqalədə informasiya-hüquq pozuntuları və informasiya-hüquqi məsuliyyətlə bağlı problemlərin hüquqi və təcrübi aspektdən təhlili aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.


Müəllif : Hüseyn Əlizadə - Baku Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir