İnformasiya hüquq pozuntularının qarşısının alınmasına dair universal və regional normaların təhlili - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Qlobal olaraq bir-biri ilə əlaqəli olan dünyada İnternet üzərindən törədilən pozuntular tez-tez bir dövlətin yurisdiksiyasını aşır ki, bu da bütün beynəlxalq birlik üçün təhlükədir. Bu qlobal problem regional və ya dövlətdaxili qanunlarla həll edilə bilmədiyi üçün beynəlxalq həll və çoxtərəfli yanaşma tələb olunur. Bütün yurisdiksiyalarda informasiya hüquq pozuntuları ilə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının hüquqi və prosedur vasitələrə malik olması lazımdır, rəqəmsal sübutların toplanması və təmin edilməsi qaydaları beynəlxalq bir standart ətrafında bütün yurisdiksiyalarda uyğun olmalıdır. Məqalədə bu kimi istiqamətlərdə təhlillər aparılmış, universal və regional normalar müqayisə olunmuş, təklif və tövsiyələr irəli sürülmüşdür.


Müəllif : Hüseyn Əlizadə - Baku Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir