Hal-hazırda əksər dövlətlərin qanunvericiliyi informasiya texnologiyaları sahəsindəki pozuntuların qiymətləndirilməsinə vahid yanaşmanın olmaması ilə xarakterizə olunur. Bundan əlavə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və istifadəsini tənzimləyən qanunvericiliyin mükəmməl olmaması, texnoloji tərəqqinin müxtəlif aspektlərinin hüquqi tənzimlənməsinə yanaşmalarda tənzimləyici bazanın bölünməsi ümumi hüquqi problem olaraq qalmaqda davam edir. Bu da informasiya hüquq pozuntularının artmasına və bir çox hallarda latent qalmasına gətirib çıxarır. Məqalədə informasiya-hüquq pozuntuları və informasiya-hüquqi məsuliyyətlə bağlı problemlərin hüquqi və təcrübi aspektdən təhlili aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.
Qiymətləndir