Qloballaşan dünyada sürәtlә artan kiber cinayәtkarlıqla mübarizә sahәsindә ölkәmizdә ardıcıl vә sistemli tәdbirlәr hәyata keçirilmәkdәdir. Bu sahәdә informasiya tәhlükәsizliyinin etibarlı müdafiәsinin tәmin edilmәsi, ölkәmizin geopolitik cәhәtdәn mürәkkәb bir regionda yerlәşmәsi, tәbii ehtiyatlarının vә enerji resurslarının bolluğu, habelә Dağlıq Qarabağ münaqişәsinә әdalәtsiz olaraq cәlb edilmәsi kontekstindә, faktiki surәtdә müharibә vәziyyәtindә olması ilә әlaqәdar olaraq, son dәrәcә aktual mahiyyәt daşıyır. Statistik mәlumatlar ölkәmizdә kibercinayәtkarlığın ildәn-ilә artmasını vә genişlәnmәsini tәsdiq edir. Buna görә dә informasiya tәhlükәsizliyinin etibarlı müdafiәsinin hüquqi әsaslarının daha da tәkmillәşdirilmәsinә, inzibati vә cinayәt hüquqi vasitәlәrdәn istifadә etmәklә onun müdafiәsinә diqqәtin artırılmasına vә belә kriminal әmәllәrlә mübarizә mexanizmlәrinin tәkmillәşdirilmәsinә zәrurәt vardır. Mәqalәdә bu mәsәlәnin hüquqi aspektlәri tәhlil edilir vә informasiya tәhlükәsizliyinin etibarlı şәkildә müdafiә olunmasını tәmin edәn normaların vә vasitәlәrin tәkmillәşdirilmәsinә dair fikir vә mülahizәlәr irәli sürülür.
Qiymətləndir