İnsan hüquqları üzrә avropa mәhkәmәsinin ayrı-seçkiliklә bağlı işlәrdә hüquqi mövqeyinә dair - Milli Aviasiya Akademiyası “Elmi məcmuə” jurnalı Cild 26 №3 2024

Açıqlama:

Tәqdim olunan mәqalә İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin (İHAM) praktikasında ayrı-seçkiliyin hüquqi tәrif edilmәsi üçün istifadә olunan meyarların vә terminlәrin xülasәsinә hәsr edilmişdir. Bu mәqsәdlә, 1960-cı illәrdәn başlayaraq baxılmış әsas işlәr tәdqiq edilmiş, Mәhkәmәnin bu sahәdә presedent hüququnun mahiyyәti vә hüquqi mövqeyi nәzәrdәn keçirilmişdir. Ayrı-seçkiliyin tәsdiq edilmәsi üçün istifadә olunan kriteriyalar konkret mәhkәmә işlәrindәn misallar göstәrilmәklә xülasә olunur. Bәzi işlәrdә yerli xüsusiyyәtlәrin vә cavabdeh dövlәtlәrin mülahizә azadlığının kifayәt qәdәr nәzәrә alınmaması Mәhkәmә fәaliyyәtinin tәkamülçü mahiyyәtinә uyğun sayılmamışdır.


Müəllif : Novruzova S.S.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 45

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir