İnsan hüquqlarının müdafiəsi və yaxşı idarəetmə hüququnun qarşılıqlı əlaqəsi problemi - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Məqalədə insan hüquqlarının müdafiəsi və yaxşı idarəetmə hüququnun qarşılıqlı əlaqəsi problemi hüquq ədəbiyyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Bu zaman bu istiqamətdə bir sıra beynəlxalq sənədlərə müraciət edilir. Ancaq əsas təhlil Avropa İttifaqı çərçivəsində qəbul edilmiş sənədlər üzərində aparılır. Qeyd edilir ki, Avropa İttifaqı üçün insan hüquqlarının müdafiəsi konsepsiyası ittifaq çərçivəsində inteqrasiyanın dərinləşməsi ilə paralel olaraq tədricən formalaşmışdır. Uzun müddət İttifaqın institutları təşkilatın daxilində olan proseslərə insan hüquqlarının müdafiəsinə dair standartlarının tətbiq edilə bilməsini inkar edirdi. Beləcə, İttifaqın əksər üzv-dövlətlərinin vətəndaşları ildən ilə güclənən dövlətüstü təşkilatın hüquq müdafiə mexanizmindən kənarda idi. İttifaqın institutları üzv-dövlətlər üçün məcburi xarakterli qərarlar verir, bu isə bəzi hallarda həmin dövlətlərin Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə, konkret olaraq İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına ziddiyyət təşkil edirdi. Belə olan halda dövlətlər İttifaqın hüququnun milli hüquq üzərində üstünlüyünü inkar edən qərarlar qəbul etməyə başlayırdı. Son illər isə Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sferasında fəaliyyətə böyük diqqət ayırır, bu məsələ İttifaqın son təsis aktlarında da öz təsbitini tapmışdır.


Müəllif : Ləman Abbaslı - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir