İqlim dəyişiklikləri ilə mübarizə fonunda ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunverıciliyinin təhlili - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Açıqlama:

İqlim dəyişiklikləri başda olmaqla, ekoloji problemlərin kəskinləşməsinə qarşı zəruri tədbirlərin görülməsi bəşəriyyətin sağlam gələcəyinin təmin edilməsi üçün zəruridir. Bu baxımdan əksər dünya dövlətləri ekoloji qanunvericilik aktları qəbul etmək və mövcud hüquqi bazanı daha da təkmilləşdirmək yolu ilə ekolojihüquqi tənzimləmənin səmərəliliyini təmin edirlər. Ölkəmizdə də ekoloji münasibətlərin müxtəlif sferalarını tənzimləyən çoxsaylı qanunvericilik aktları mövcuddur. Bu araşdırma çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində əsas qanunvericilik aktlarından biri olan “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu təhlil edilmişdir. Xüsusilə qüvvədə olduğu 26 il ərzində ölkədə baş vermiş sosial-iqtisadi inkişaf baxımından təhlil aparılmış, bu illər ərzində Qanuna edilmiş dəyişikliklər araşdırılmışdır. Bununla yanaşı, Qanunun konkret struktur elementləri əsasında təhlili aparılmış, bir sıra kolliziyalar və hüquqi boşluqlar müəyyən edilmiş, habelə təkmil normayaratma texnikası baxımından qiymətləndirmə həyata keçirilmişdir. Tədqiqat nəticəsində Qanunun müasir ekoloji tənzimləmə konsepsiyaları və iqlim tənzimləməsini ehtiva etmədiyi, qüvvədə olduğu illər ərzində edilmiş dəyişikliklərin yalnız ikisinin qanunun tənzimləmə predmeti üçün təkmilləşdirmə xarakteri daşıdığı, Qanunda xeyli sayda tənzimləmə müəyyən etməyən blanket xarakterli normaların, kolliziyaların və hüquqi boşluqların olduğu, habelə müasir normayaratma texnikasına cavab vermədiyi müəyyən edilmiş, o cümlədən effektiv ekoloji-hüquqi tənzimləmənin həyata keçirilməsi üçün qanunvericilikdə əsaslı dəyişikliklərin edilməsi təklif edilmişdir.


Müəllif : Emin Əlimusayev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir