Əməlin soyqırım hesab edilməsi üçün azı neçə soyqırım aktının törədilməsi kifayətdir? - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı (Xüsusi buraxılış 2) 2023

Açıqlama:

ABŞ Dövlət Departamentinin sabiq mətbuat katibi Christine Shelly Ruandada soyqırım cinayətinin törədilməsi barədə məlumat verərkən müxbirlərdən biri “əməlin soyqırım kimi qiymətləndirilməsi üçün neçə aktın törədilməli” olmasına dair sual vermiş, Shelly isə bu suala cavab verə bilməmişdir. Qeyd edi lən sualın cavablandırılması soyqırım cinayətinin mahiyyətinin aşkarlanması baxımından ən problemli nəzəri-praktiki xüsusatları özündə ehtiva edir və bu məqalə həmin xüsusatların araşdırılmasına həsr edilmişdir. Göstərilən sualı cavablandırmaq daha geniş həcmli tədqiqat tələb etsə də hazırkı məqalədə bu məsələ müxtəsər şəkildə müzakirə olunacaq, nəzəri problemlər və ziddiyyətlərdən daha çox beynəlxalq cinayət hüququnda ümumqəbul edilmiş tezislər diqqətə çatdırılacaqdır.


Müəllif : Təbriz Musayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun baş məsləhətçisi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 278

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir