Аzәrbаycаn Rеspublikasının Kоnstitusiyasına düzәlişlәr еdilmәsi qaydasının xarakterik xüsusiyyәtlәri - "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalı №3 2025

Açıqlama:

Məqalədə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi qaydasının hüquqi, terminoloji və institusional aspektləri hərtərəfli təhlil edilir. Müəllif Konstitusiyanın xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması prinsipini təsbit edən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi faktına xüsusi diqqət yetirir. Vurğulanır ki, konstitusiya dəyişikliklərinin referendum vasitəsilə həyata keçirilməsi xalq suverenliyinin, demokratik idarəetmənin və hüquqi dövlət prinsiplərinin təmin olunmasında mühüm rol oynayır. Lakin qanunvericilikdə “dəyişiklik” və “əlavə” terminləri arasında aydın fərqin olmaması hüquqi ziddiyyətlərə, fərqli şərhlərə və tətbiqi çətinliklərə yol açır. Müəllifin fikrincə, Konstitusiya mətninə yeni müddəa və ya maddələrin daxil edilməsi də dəyişiklik hesab edilməli və nəticə etibarilə referendum yolu ilə qəbul olunmalıdır.


Müəllif : Nәzrin Nağıyeva
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir