“İnsan Hüquqları” konsepsiyası pandemiyaya qarşı mübarizə dövründə - Azərbaycan Vəkili Jurnalı №21 (2022)

Açıqlama:

Mövcud olduğu tarix boyu bəşəriyyət çoxsaylı pandemiyalar və yoluxucu xəstəliklərlə üzləşmiş, bunlar milyonlarla insan həyatına son qoymuşdur. Lakin son otuz il ərzində dünyada virusların yayılması əvvəlki dövrlərlə müqayisədə daha tez-tez baş verir və yoluxucu xəstəliklərin epidemiyası adi hala çevrilir. Yeni pandemiyaların meydana gəlməsi bu gün bütün bəşəriyyət üçün ciddi problem hesab edilir. Bunun ən son nümunəsi yeni növ koronavirus və ya “COVID-19” 2019-cu ildən indiyə kimi davam edir. Bu cür hallarda aktual olan məsələlərdən biri də, təbii ki, insan hüquqları və onların məhdudlaşdırılmasıdır. Məhz bu yazının məqsədi də pandemiyaya qarşı mübarizədə “insan hüquqları” konseptini təhlil etmək və insan hüquqlarının məhdudlaşdırılmasının hüquqi əsaslarını müəyyənləşdirmək və bu istiqamətdəki problemləri ortaya çıxarmaqdır. Bunun üçün yazıda müxtəlif xarici dövlətlərin, beynəlxalq təşkilatların praktikası araşdırılmış, həmçinin xarici doktrinadan onlarla müəllifin əsərlərinə istinad edilərək məsələ ilə bağlı təkliflər irəli sürülmüşdür.


Müəllif : Amil Cəfərquliyev
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir