“Qanunun aliliyi” ilə “Hüququn aliliyi” anlayışların arasında ziddiyyət problemi: Azərbaycan Respublikası konstitusiyasının təkmilləşdirilməsi zərurəti ilə bağli bəzi qeydlər - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Məqalədə “hüququn aliliyi” və “qanunun aliliyi” anlayışlarının qarşılıqlı əlaqəsi təhlil edilir və həmin terminlərin qanunvericilikdə müxtəlif mənada ifadəsinin düzgün tətbiqi və eyniləşməsinə dair müvafiq fikir mübadiləsi aparılır. Qeyd olunan terminlərin müqayisəsi aparılmaqla “hüququn aliliyi”nin universal etibarlılıq konsepsiyası olaraq həm beynəlxalq, həm də milli hüququn prinsipi kimi qiymətləndirilməsi aparılır. Məqalədə, həmçinin “hüquqi dövlət” anlayışları ilə Azərbaycan Respublikası Konstitusiyasının bəzi müddəaları arasında iddia edilən ziddiyyətlər araşdırılır və onların aradan qaldırılması imkanları təklif edilir. Qanunun hüquqa, xüsusən də beynəlxalq müqaviləyə uyğun gəlməməsi ehtimalına beynəlxalq məhkəmə orqanlarının təcrübəsi öyrənilir. Qeyd olunan terminlərin qarşılıqlı təhlilin nəticəsiləri irəli sürülür.


Müəllif : T.İ.Hüseynov - Bakı Dövlət Universiteti U.M.Məmmədov - Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir