Tədqiqatın məqsədi alqoritmik sübutların tətbiqi hüdudlarını müəyyənləşdirmək və cinayət prosesində onların məqbulluq sərhədlərini dəqiqləşdirməkdən ibarətdir. Müəllif alqoritmik məlumatların sübut kimi istifadəsi üçün ümumi hüquqi çərçivələrin müəyyən edilməsi zərurətindən çıxış edir. Alqoritmik sübutlar nəzarət olunma, mütənasiblik və müdaxilənin minimallaşdırılması prinsiplərinə cavab verməli və məhkəmə qiymətləndirməsinə tabe tutulmalıdır.
Qiymətləndir