Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsinin hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Müasir dövrdə beynəlxalq iqtisadisiyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, iqtisadi və sosialmədəni həyatın beynəlmiləlləşdirilməsi, eyni zamanda müharibələrin, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin daha çox kütləvi miqrasiyası ilə müşayiət olunur. Bununla belə, yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda sürətli qloballaşmanın açdığı yeni era miqrasiya sahəsində yeni imkanlarla bərabər, həm də bütün dünyada cəmiyyətlər və ölkələr qarşısında yeni problemlərin yaranmasına səbəb olub. Qətiyyətlə demək olar ki, miqrasiya həyat tərzinə çevrilmişdir. Qəbul edilmiş ümumi anlayışa görə miqrasiya insanların bir ölkədən digər ölkəyə həmişəlik və ya uzun müddətə köçməsidi.


Müəllif : Afaq Sadıqova - Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses, sosial iqtisadi əlaqələr” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir