Azərbaycan Respublikasinda mülkiyyət hüququnun müdafiəsinin hüquqi əsaslari - Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri jurnalı №59 2021

Açıqlama:

Mülkiyyət hüququnun müdafiəsi məsələsi uzun müddət hüquqşünas alimlərin araşdırma predmeti olmuş və bu gün də tam həllini tapmamış məsələ olaraq qalmaqdadır. Mülkiyyət hüququnun müdafiəsi dedikdə, səlahiyyətli şəxsin qanunvericilik aktlarında nəzərdə tutulan üsullarla pozulmuş və yaxud mübahisələndirilən subyektiv hüququnun bərpasına yönələn hüquqi cəhətdən təmin edilmiş imkan başa düşülür. Müdafiə hüququ mülkiyyətçinin şəxsi hərəkətləri ilə yanaşı, səlahiyyətli dövlət orqanlarının müvafiq hərəkətlərini də əhatə edir. R.Ə.Bayramov haqlı olaraq qeyd edir ki, "müdafiə obyektləri kimi yalnız subyektiv hüquqlar deyil, qanuni maraqlar da çıxış edir. Qanuni maraqlar subyektiv hüquqlarla şərtlənmir və belə desək, müstəqil olaraq mövcuddur. Məsələn, mülkiyyət toxunulmazlığı".


Müəllif : Q.İ.Fərəcova AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir