Cinayət prosesi nəzəriyyəsində uzun illər ərzində preyudisiya institutunun müxtəlif aspektləri barədə elmi mübahisələr davam edir. Az tədqiq olunan mövzulardan olmasına baxmayaraq preyudisiyanın mahiyyəti barədə cinayət prosesi doktrinasında bir‐birindən kəskin şəkildə fərqlənən mövqelər formalaşmışdır. Ayrı‐ayrı dövlətlərin cinayət‐prosessual qanunvericiliyində də, bu institutun fərqli hüquqi tənzimetmə mexanizmi müəyyən edilmişdir. Məqalədə preyudisiya institutunun mahiyyəti və hüquqi tənzimlənməsi mexanizmi ədalətli məhkəmə araşdırması hüququnun tələbləri baxımından qiymətləndirilərək yaranan nəzəri problemlərin həlli yolları təklif olunmuşdur.
Qiymətləndir