Azərbaycanda mülkiyyət hüququnun konstitusyon təminatlandırılması - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Kapitalist iqtisadi sistemin ən əsas tələblərindən biri, güclü mülkiyyət hüquqları sistemidir. Mülkiyyət hüquqlarının tərifi, bölüşdürülməsi və qorunması hər bir cəmiyyətin həll etməli olduğu ən vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalara söykənərək, Azərbaycanda mülkiyyət və mənzil hüquqlarını təmin edir. Xüsusi mülkiyyət hüququ, hüquqların hər hansı bir hissəsini sahibinin müəyyən etdiyi qiymətə dəyişdirmək və ya hədiyyə etmək yolu ilə həvalə etmək, icarəyə götürmək və ya satmaq hüququnu əhatə edir. Məqalədə, orijinal konstitusiya mülkiyyəti bəndinin hazırlanmasından və qanunvericilik və konstitusiya təkamülündən soz açılır və göründüyü kimi, Azərbaycanın iqtisadi inkişaf və sosial bölgü hədəflərinə çatmaq üçün cəmiyyətdəki mülkiyyət münasibətlərini yenidən formalaşdırmağa onu daha mütərəqqi etməyə ehtiyac vardır. Bu məqalənin əsas məqsədi mülkiyyət hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik bazasının izahını verməkdir. Gəldiyimiz nəticə odur ki, konstitusiyanın mülkiyyət hüquqlarına aid bir sıra hissələrində məzmunla bağlı dəyişikliklər olmalıdır. Bu analizin jurnalistlər, media işçiləri, vətəndaşlar və hüquqşünaslar, habelə mülkiyyət hüquqları ilə əlaqəli hüquqi məsələlərlə maraqlanan vətəndaş cəmiyyəti və hökumət rəsmiləri üçün faydalı olması nəzərdə tutulur.


Müəllif : Səftər Rəhimli - h.ü.f.d., Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir