Azərbaycanda parlamentarizmin formalaşdırılması və inkişafının tarixi-hüquqi əsasları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2019

Açıqlama:

Ötən əsrin əvvəllərində Rusiya imperiyasında baş verən inqilabi proseslər və nəticə etibarilə xalqa vəd edilən bir sıra hüquq və azadlıqların qanunvericiliklə təsbiti hakimiyyət təsisatlarının təkmilləşdirilməsi zərurətini ortaya çıxarmışdı. Yeni formalaşdırılan ali nümayəndəlik orqanı – Dövlət Duması (parlamentin aşağı palatası) ilk dəfə olaraq tərkib etibarilə əhalinin çoxsaylı müxtəlif təbəqələrinin təmsilçiliyi əsasında fəaliyyət göstərməyə başlamışdı. Dumanın işində fəal iştirak edən azərbaycanlı deputatların burada müəyyən təcrübə toplamaları sonradan ilk respublikanın hakimiyyət təsisatlarının normal fəaliyyətinin təmin edilməsində mühüm rol oynamışdı. Bütövlükdə götürdükdə, Azərbaycan ərazisində parlamentizm ənənələri ilkin olaraq ilk Cümhuriyyətin zamanında formalaşdı. Məqalədə ilk respublika dövründə ali nümayəndəli hakimiyyət təsisatlarının təşkili və fəaliyyətinin hüquqi tənziminə diqqət çəkilir, ilk parlamentin tərkibinə daxil olan siyasi qüvvələrin nisbəti, bütövlükdə bu ali təsisatın fəaliyyətinin ayrı-ayrı aspektləri təhlil olunur.


Müəllif : X .C. İsmayılov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir