Bəzən beynəlxalq praktikada vəkillər korrupsiya hallarının qurbanına çevrilirlər - Azərbaycan Vəkili Jurnalı №2 (2013)

Açıqlama:

XXI yüzillikdə insanlığın həyatı qəribə bir dövrə təsadüf edib. Dayanmadan təkmilləşən ictimai münasibətlər burulğanında kursumuzu neçə dərəcə dəyişməyə cəhd etsək də, həmin burulğanın mərkəzəqaçma qüvvəsindən yaxa qurtarmaqda çətinlik çəkirik. Bu, bir sınaqdır. Birilərinin sınaqdan məğlubiyyətlə çıxacağı qaçılmazdır, lakin uğur qazananların da olacağı şübhəsizdir. Bəziləri bu ictimai transformasiya rüzgarından qorunmaq üçün hasarlar ucaldacaq, digərləri isə ondan faydalanmaq üçün külək dəyirmanları tikəcəklər.Bununla belə, unutmamalıyıq ki, istənilən sahədə tərəqqini, inkişafı tormozlayan faktorlar vardır. Onlardan ən mürəkkəbini, mübarizə aparılması üçün güclü metodika tələb olunanını "korrupsiya" adlandırsaq, yəqin ki, yanılmarıq. Maraqlısı odur ki, son yüzillikdə insan təfəkkürünün inkişafı o səviyyəyə çatmışdır ki, artıq cəmiyyət – dövlət, hətta fərdlər sosial və təbiət hadisələrinin taleyinə hiss olunacaq həddə təsir etmək gücünə yiylənmişlər.


Müəllif : Anar Bağırov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü
Nəşr tarixi : 2013
Yüklənmə sayı : 50

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir