20‐ci əsrin sonu Azərbaycan Respublikası üçün müstəqilliyin bərpa olunması və onun beynəlxalq qanunvericilik prosesinə tam hüquqlu iştirakçı kimi qoşulması ilə səciyələnir. Bu proses dövlətimiz tərəfindən beynəlxalq hüququn subyekti olaraq öz üzərinə öhdəliklərin götürülməsi və beynəlxalq hüquq normalarının dövlətdə tətbiq edilən normativ‐ hüquqi aktlar sırasına daxil edilməsi ilə müşayət olunurdu. Bu beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsini dahada aktuallaşdırmış və bunun üçün lazımi şərainin yaradılmasını gündəmə gətirmişdir.
Qiymətləndir