Cənubi Avropa ölkələri və Azərbaycan Respublikasında miqrasiya proseslərinin nizamlanması məsələləri - Azərbaycan Hüquq Jurnalı. 2024 (№1)

Açıqlama:

Dünyada aktuallığını hər zaman qoruyub saxlamış problemlərdən biri olan miqrasiya axınları və nəticədə ortaya çıxan problemlər bu sahədə əsaslı təşkil olunmuş idarəetmə sistemi və qanunvericilik tələb edir. Qeyd etməliyik ki, miqrasiya prosesləri qısa zaman kəsiklərində böyük dəyişikliklərə uğraya bilir və bu baxımdan yerli və beynəlxalq səviyyədə bu transformasiyalara çevik cavab vermək iqtidarında olan mexanizmlər tətbiq edilməlidir. Hər hansı kiçik bir regionda baş verən və miqrasiya axınını şərtləndirən hadisənin baş verməsi qlobal səviyyədə öz təsirini göstərə bilir. Bu baxımdan məqalə yazılarkən 5 Avropa ölkəsinin miqrasiya qanunvericiliyi və müvafiq sahədə həyata keçirdiyi idarəçilik siyasəti, həmçinin Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət idarəetməsinin xüsusiyyətləri tədqiq olunmuşdur. Araşdırılan Avropa ölkələri miqrasiya axınlarını birbaşa qarşılayan cənub regionunda yerləşən ölkələrdən seçilmişdir ki, bu da ciddi sınaqdan keçmiş idarəetmə modellərini görməyimizə xidmət etmişdir.


Müəllif : Elvin Əliyev - Doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 37

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir