Cinayət prosesində dispozitivlik prinsipinin elementi kimi mülki iddia vermək hüququ haqqında - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Cinayət prosesində mülki iddia vermək dispozitiv xarakterli hüquqlardan biridir. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.


Müəllif : Qəhrəman Cəfərov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir