«Dövlət qulluğunun hüquqi əsasları» adlı dərs vəsaiti dövlət qulluğunu sosial-hüquqi və təşkilatı institut kimi, xarici ölkələrin bu sahədə təcrübəsini müqayisəli metoddan istifadə edilməklə tarixi, nəzəri və praktiki aspektlərinə həsr olunur. Dövlət qulluğu dövlət hüquq təzahürləri - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi ilə bir sırada, qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə vahid sistemdə tədqiq olunur. Dərs vəsaiti ali məktəblərin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar, dövlət hakimiyyət orqanlarında çalışanlar, həmçinin dövlət qulluqçuları, dövlət-qulluq problemləri ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qiymətləndir