Dövlət kimi tanınmayan qurumların “hüququ”nun tətbiqi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Məqalədə tanınmayan qurumların “hüququ”nun tətbiqi məsələlərindən bəhs olunur. Bununla bağlı mövcud hüquq doktrinası və məhkəmə təcrübəsi təhlil edilir. Təhlil əsasında mövcud olan yanaşmaların nəzəri və təcrübi baxımdan istifadə edilməsi imkanları müəyyən edilir. Nəticə olaraq qeyd edilir ki, beynəlxalq hüquq qaydasını pozmaqla, xüsusilə təcavüzün nəticəsində yaranan qurumların “hüququ” tətbiq edilə bilməz və onların hüquqi aktları tanına bilməz. Bu halda məhkəmə ümumi qayda haqqında qeyd-şərt etməklə, öz hüququnu tətbiq edə bilər. Xüsusi münasibətlər sferasına aid olan və bir qayda olaraq şəxslərin hüquqi statusuna (hüquq qabiliyyəti, ailə, vərəsəlik və s.) aid hüquqi aktların tanınması isə məhkəmənin mənsub olduğu dövlətin beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.


Müəllif : Ə.Q.Məmmədov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir