Tədqiqatın məqsədi dövlət qulluğunda əmək hüquq münasibətlərinə dair elmi və normativ müddəaların təhlilindən ibarətdir. Göstərilən məqsədə nail olmaq üçün tədqiqat zamanı qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur: dövlət qulluğunda əmək hüquq münasibətlərinə dair – nəzəri baxışları ümumiləşdirmək; qanunvericilik bazasını müəyyən etmək; hüquqi təhlillər aparmaq; dövlət qulluğunda əmək hüquq münasibətlərinin tərkib elementlərini fərqləndirmək; onun müasir modelinin formalaşmasına aid mülahizələr ifadə etmək. Tədqiqatın nəzəri-metodoloji əsasını idrakın ümumi elmi metodları, o cümlədən, elminəzəri və normativ hüquqi mənbələrin təhlili, ümumiləşdirmə, xüsusi elmi metodlar, hüquqi şərh və s. təşkil edir.
Qiymətləndir