Dövlətlər arasında cinayət işləri üzrə hüquqi yardım çərçivəsində üst-üstə düşən və ya paralel yurisdiksiya problemləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Üst-üstə düşən və ya paralel yurisdiksiya problemləri ərazi baxımından uzaq və ya geosiyasi yerləşməsi ilə bir-biri ilə bağlı olan bütün dövlətlər üçün aktualdır.Üstüstə düşən və ya paralel yurisdiksiya problemləri hüquqi yardım göstərilməsi baxımından da aktualdır. Paralel cinayət yurisdiksiyası müxtəlif hallarda mümkündür, məsələn, dəniz quldurları bir ölkənin bayrağı altında açıq dənizlərdə üzdükdə, qeyri-qanuni tibbi tədqiqatlarla məşğul olan gəmilər açıq dənizdə olduqda, bir dövlətin ərazisində yerləşən terrorçular bir neçə dövlətin ərazisində ağır cinayətlər törətdikdə və s. Yurisdiksiya problemlərinə istintaqın hansı ölkənin ərazisində başlaması, məhkəmə proseslərinin harada keçirilməsi, hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi və s. ilə bağlı problemlər aiddir. Biz Adam Abelsonun “Ekstraterritorial yurisdiksiya mülki işlərdən daha çox cinayət işlərində daha çox münaqişələr yaradır... Cinayət sanksiyaları həm də ölkələrin ittiham/ekstradisiya dilemması vasitəsilə həll etmək məcburiyyətində qaldıqları birbaşa münaqişələr yaradır, çünki eyni vaxtda yalnız bir ölkə cinayət təqibini həyata keçirə bilər” barədə fikirləri ilə razılaşırıq .


Müəllif : Mətanət Əsgərova - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, h.ü.f.d., dosent, ədliyyə müşaviri
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir