Dövlәtin beynәlxalq hüquq subyektliyini formalaşdıran әlamәtlәr - "Hüquqi müstəvi" elmi-nəzəri, təcrübi jurnal, №2 2022

Açıqlama:

Dövlәtin әsas әlamәtlәrindәn biri kimi әhali (population) çıxış etmәkdәdir. Bir dövlәtin qurucu әlamәti olaraq әhalinin sahib olması gәrәkәn özәlliklәrin başında sürәklilik gәlmәkdәdir. Dövlәtin siyasi sәhnәdәn getmәsi, ölmәsi üçün onun ya әhalisinin yox edilmәsi, ya da әrazisinin tәbii-geoloji dәyişikliyә mәruz qalmaqla yaşayışın sürdürülmәsinin mümkün olmaması halında ola bilәr. Əhalinin mәhv edilmәsi ilә digәr element-hakimiyyәt dә itmiş olur. Ona görә dә, dövlәtin әhali әlamәti dövlәtin davamlılığı üçün daha müәyyәnedicidir. XX әsrin әvvәllәrindә tәsis edilәn AXC özünün formasını (mövcudluğunu) itirsә dә beynәlxalq hüquq subyektliyini itirmәmişdir. Qanunsuz anneksiya dövründә dövlәtin suverenliyi Azәrbaycan xalqında (onun elm mәrkәzlәrindә), o cümlәdәn onun adından çıxış etmәk haqqı qazanmış mәcburi mühacirәtdә olan hökumәtindә qalmışdır. Dövlәt müstәqilliyinin bәrpası ilә Azәrbaycan Respublikası AXC-nin malik olduğu beynәlxalq hüquq subyektliyini dә әhalisi (xalqı) vasitәsilә yenidәn tәmin etmişdir.


Müəllif : Saftar Rәhimli
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir