Daşınmaz əmlakla əlaqədar tətbiq olunan məhdudiyyətlərin (qadağaların) xüsusiyyətləri və əsasları - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

Məqalədə daşınmaz əmlakla əlaqədar tətbiq olunan məhdudiyyətlərin (qadağaların) xüsusiyyətləri, o cümlədən tətbiq olunan məhdudiyyətlərin (qadağaların) praktiki və nəzəri əsaslarından bəhs olunmuşdur. Son dövrlərdə vətəndaşların daşınmaz əmlakları üzərinə qoyulan məhdudiyyətlər (qadağalar) və onların ləğv edilməsi ilə əlaqədar problemlər mövzunun dərindən araşdırılması zərurətini yaratmışdır. Məqalədə cinayət işlərinin araşdırılması, mülki və inzibati mübahisələrin həlli məqsədilə daşınmaz əmlak üzərinə məhdudiyyətin (qadağanın) qoyulmasının hər birinin xüsusiyyətlərinin ayrılıqda araşdırılmasına diqqət yetirilmişdir. Həmçinin elmi araşdırma zamanı öhdəliyin icrası haqqında iddiaların əsas xarakterik xüsusiyyətləri öyrənilmiş, daşınmaz əmlakla əlaqədar tətbiq olunan məhdudiyyətlərin (qadağaların) ləğvi üçün ən səmərəli iddianın verilməsi məqsədilə tövsiyyələr verilmişdir. Məqalə vətəndaşların məsələ ilə bağlı hüquqi maarifləndirilməsi, yol verilən pozuntularla əlaqədar onların məlumatlandırılması məqsədi daşıyır. Birgə müəlliflər tərəfindən mövzu araşdırılarkən xarici ölkələrin təcrübəsinə müraciət olunmuş, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər irəli sürülmüşdür.


Müəllif : Sübhan Əliyev, Lalə Məmmədli, Hüseyn Allahverdiyev
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 39

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir