Dindirmədə qoxu və musiqi fonunun tətbiq edilməsinin bəzi xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

Məqalədə ibtidai araşdırma prosesində cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilən qeyriənənəvi kriminalistik-psixoloji metodlardan: qoxu və musiqi fonunun tətbiqi məsələləri barədə məlumatlar əksini tapır. Rəqəmsal kriminalistika və istintaq təcrübəsində psixoloji təsir vasitələrinin istifadəsi getdikcə daha çox aktuallaşır. Dindirilmə prosesində şəraitin yumşaldılması, şəxsin ifadəvermə meylinin artırılması və aqressiv davranışın neytrallaşdırılması məqsədilə tətbiq edilən qoxu və musiqi fonu kimi üsullar bu baxımdan xüsusi maraq doğurur. Eyni zamanda qoxu və musiqi fonunun cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilməsinin xüsusiyyətləri, məqsədləri, etik və hüquqi aspektləri şərh olunur. Psixoloji təsir vasitəsi kimi bu yanaşmaların istintaqa təsiri, effektivliyi və s. mülahizələr geniş şəkildə təhlil edilir. Məqalədə həm Azərbaycan Respublikasının milli qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları kontekstində bu üsulların dindirmə prosesində necə istifadə olunması, onların psixoloji və hüquqi aspektlərinin bəzi məqamları, həmçinin qoxu və musiqi fonunun tətbiqi imkanlarından bəhs edilir.


Müəllif : Ələkbər Allahverdiyev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir