Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasının “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını haqqında Əlavə Protokol”a qoşulacağı təqdirdə ölkədə fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumunun yaradılması perspektivlərini və bu sahədə qabaqcıl beynəlxalq təcrübəni təhlil etməkdən ibarətdir. Araşdırma nəticəsində icitmaiyyətin etimad göstərəcəyi və fərdi məlumatların effektiv mühafizəsini həyata keçirərək fərdlərin mühüm konstitusion hüquqlarından birini təmin edə biləcək nəzarət qurumunun yaradılması ilə bağlı tövsiyələr irəli sürülmüşdür. Əlavə Protokolun digər və daha geniş tənzimləmə predmeti olan fərdi məlumatların trans‐sərhəd ötürülməsi problemi bu tədqiqat işində araşdırılmamışdır. Açar sözlər: fərdi məlumatların mühafizəsi, nəzarət qurumları, “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını haqqında Əlavə Protokol”.
Qiymətləndir