Həqiqət kateqoriyasinin fəlsəfədən cinayət prosesinə – ümumidən xüsusiyə keçidi - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2023

Açıqlama:

Cinayət prosesinin məqsədlərinə çatması, vəzifələrini yerinə yetirməsi üçün əsas rol oynayan, sübutetmənin məqsədi, məhkəmə icraatının – cinayət mühakimə icraatının konstitusion vəzifəsi olan həqiqətin müəyyən edilməsi ən qədim dövrlərdən bəri fəlsəfi düşüncənin, fəlsəfənin maraq obyekti, əsas məsələsi olan dünya haqqında həqiqətin müəyyən edilməsi, dünyanın, real həyatdakı hadisə və proseslərin dərk edilməsi ilə bağlı yanaşmanın xüsu-si təzahürü, konkret sahəvi xarakter almış formasıdır. Bu baxımdan da belə demək doğru olar ki, cinayət prosesində həqiqətin müəyyən edilməsi ən ümumini tədqiq edən, bütün sahələrin arayışlarının xidmət etdiyi fəlsəfədəki həqiqət kateqoriyasının və həqiqətin müəyyən edilməsi yolunun cinayət prosesinə bu sahənin xarakterik xüsusiy-yətlərinə görə şəkillənmək, formalaşmaqla transformasiyasıdır. Bu məqalə fəlsəfədə həqiqət və həqiqətin müəyyən edilməsinə dair yanaşmalara qısa baxışdır və onun cinayət prosesinə transformasiyasının təsvirini verir.


Müəllif : Aygün Cəbyiyeva - Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə eksprtizası kafedrasının müəllimi, Cinayət prosesi kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir