Kibercinayətkarlıq mühitində fişinq hücumlarının törədilmə üsulları və onunla mübarizənin hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

Müasir rəqəmsal dünyada dövlət qurumlarını, cəmiyyətləri və ayrı-ayrı fərdlərin həyatını təhdid edən kibercinayətlərin sayı durmadan artmaqda davam edir. Bu kiber təhlükələrdən biri də gündəlik həyatda tez-tez qarşılaşdığımız fişinq hücumlarıdır. Kibercinayətkarlar tərəfindən ən çox müraciət edilən, həmçinin bütün internet istifadəçiləri üçün böyük təhlükə yaradan və müəyyən edilməsi çətin olan fişinq hücumları hüquq-mühafizə orqanları ilə vətəndaşların birgə əməkdaşlıq fəaliyyətini zəruri edir. İlkin mərhələdə, fişinq insanlardan məlumat oğurlamağın ən ibtidai və rahat üsullarından biri kimi görünsə də, yüksək peşəkarlıq tələb etmədiyi üçün potensial zərərvurma qabiliyyətinə malikdir və geniş çeşidli şəxsi məlumatların əldə edilməsi üçün istifadə olunur. Bu baxımdan, fişinq hücumlarının cinayətkar xarakteristikasını bilmək və ona qarşı mümkün tədbirləri təmin etmək vacibdir. Bu məqalə kibercinayətlərin bir növü kimi fişinq hücumlarının xarakteristikasını müəyyən etməklə, onun ictimai təhlükəlilik dərəcəsini izah edir. Həmçinin bu tədqiqat vasitəsilə kibercinayətkarlıqla mübarizə çərçivəsində fişinq hücumlarına qarşı adekvat tədbirlərin görülməsi üçün müvafiq təkliflər təqdim edilir.


Müəllif : Kamran Xəlilov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 42

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir