Hər kəsə məlumdur ki, Avropa Şurasının yaradılması demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi dəyərlərin inkişaf etdiyi II Dünya Müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu mənada Avropa Konvensiyası insanların bir sıra mülki və siyasi hüquqlarının təmin edilməsi və fərdlərə münasibətdə dövlətlərin davranışı üzərində nəzarətin təşkil edilməsi üzrə mexanizmlərin müəyyənləşdirilməsi məqsədi ilə qəbul olunmuşdur.
Qiymətləndir