Korrupsiya cinayətlərində “vəzifəli şəxs”in hüquqi statusunu tənzimləyən beynəlxalq normaların Azərbaycan Respublikası cinayət qanunvericiliyinə implementasiyasının aktual məsələləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə əldə edilmiş müvəffəqiyyətlərin əsasını və milli strategiyanın səciyyəvi keyfiyyət xüsusiyyətini qüvvətli siyasi iradənin olması təşkil edir.


Müəllif : Seyfulla Aslanov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir