Hər il milli məhkəmələrimiz tərəfindən mülki mühakimə icraatı qaydasında minlərlə işə baxılır. Mülki mübahisələrin həlli üçün məhkəmələrin ən çox tətbiq etdiyi məcəllələşdirilmiş aktın Azərbaycan Respublikasının Mülki Məcəlləsi olduğunu desək, yəqin ki, yanılmarıq. Lakin MM normalarının tətbiqində bir sıra nöqsanlara rast gəlinməkdə, məhkəmə təcrübəsi və qanunvericinin maddələşmiş iradəsi arasında açıq uyğunsuzluq meydana çıxmaqdadır. Hazırkı araşdırmanın mövzusunu MMin 337 (Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər”) və 354‐cü (“Etibarsız əqdlər üzrə müddətlər) maddələrinin tətbiqində rast gəlinən nöqsanların bəzilərinin işıqlandırılması təşkil edir.
Qiymətləndir