2011‐ci ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunmuş tədris səfəri çərçivəsində Azərbaycanın hər üç məhkəmə instansiyasını təmsil edən mülki işlər üzrə on hakim Berlin Torpaq Məhkəməsində keçirilmiş bir məhkəmə iclasında iştirak etmişdilər. İclasdan sonra azərbaycanlı hakimlərdən biri alman həmkarı Dr. Hayko Vaqnerə belə bir sualla müraciət etmişdi: “Sizin başlıca məqsədiniz nədən ibarətdir: düzgün qərar çıxarmaq, yoxsa tərəflər arasında hüquqi sülhə nail olmaq”?
Qiymətləndir