Mülkiyyət hüququnun insan hüquqları sistemində yeri: müqayisəli təhlil - Nəqliyyat Hüququ jurnalı № 1- 2018

Açıqlama:

Məqalədə mülkiyyət hüququnun digər insan hüquqları ilə müqayisəli şəkildə təhlili aparılmışdır. Əsasən də, mülkiyyət hüququnun Avropa İnsan hüquqları Konvensiyasında təsbit edilən təbii insan hüquqları ilə qaşılıqlı əlaqəsi müəyyən edilmişdir. İnsan hüquqlarına dair ilkin baxışlarda mülkiyyət hüququ bu sistemdə insanın ayrılmaz, təbii hüququ kimi qiymətləndirilmişdir. İnsan hüquqlarına dair liberal baxışların tərəfdarları mülkiyyət hüququ ilə müqayisədə söz azadlığına üstünlük verirlər. Lakin nəzərə almaq lazımdır ki, xüsusi mülkiyyət olmadan insan hüquqlarının mütləqliyi, şəffaflığı demək olar ki, mümkün deyil. Mülkiyyət hüququ ayrıca, digər insan hüquq və azadlıqlarından kənarda mövcud ola bilməz. Avropa Konvensiyası prizmasından mülkiyyət hüququnun müdafiəsi Konvensiyanın ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyin qadağan olunması, şəxsi həyata və ailə həyatına hörmət, səmərəli hüquqi müdafiə vasitələri hüququ ilə bilavasitə əlaqədədir.


Müəllif : Zümrüd Vəliyeva - BDU, “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının dissertantı.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir