Mediasiya prosesinin əsasları: hüquqi aspektlәr - Nəqliyyat Hüququ jurnalı 2024 №1

Açıqlama:

Elmi tәdqiqat işindә müәlliflәr tәrәfindәn Azәr bay can Respublikasında mediasiya prosesinin әsaslarının hüquqi aspektlәri nәzәrdәn keçirilir. Qeyd edilir ki, mülki vә kommersiya, elәcә dә ailә, әmәk vә inzibati hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin alternativ hәlli mediasiya prosesi vasitәsilә hәyata keçirilir. Mediasiya prosesi tәrәflәrin mübahisә işi üzrә qәrar qәbuletmә prosesini ehtiva edir. Mediasiya prosesinin әsasları dedikdә mübahisәlәrin alternativ hәll vә mediasiyaya müraciәt, mübahisәlәrin yaranma sәbәblәri, tәhlili vә dinamikası, mübahisәlәrin yaranmasının vә hәll edilmәsinin mәrhәlәlәri, mübahisәlәrin hәllinә psixoloji maneәlәr, mediasiyaya müraciәtin formaları, mediasiya prosesi vә onun mәrhәlәlәri, elәcә dә mediasiyanın hәyata keçirilmәsi ilә bağlı yaranan digәr münasibәtlәri nizama salan hüquq normalarının sistemi başa düşülür. Mediasiya prosesi müvafiq normativ hüquqi aktlar vasitәsi ilә tәnzimlәnir.


Müəllif : Əliyev Etibar - Azәrbaycan Hüquqşünasları Konfederasiyasının üzvü, Bakı Dövlәt Universiteti Hüquq fakültәsi “İnsan hüquqları vә informasiya hüququ“ UNESCO kafedrasının professoru, hüquq elmlәridoktoru. Hüseynova Fatimә - Bakı Dövlәt Universiteti Hüquq fakültәsi “Beynәlxalq xüsusi hüquq vә Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrә fәlsәfә doktoru. Mirzәyeva Leyla - Azәrbaycan Respublikası Sumqayıt İnzibati Mәhkәmәsinin hakimi, hüquqşünas.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir