Milli azlıqlar və öz müqəddəratını təyin etmə hüququ - Nəqliyyat Hüququ jurnalı 2019 №1

Açıqlama:

XX əsrin sonu – XXI əsrin əvvəlində siyasi vəziyyət etnik-milli amilin həm ayrı-ayrı dövlətlərdə, həm də dünya birliyi çərçivəsində baş verən siyasi proseslərə təsirinin artması ilə xarakterizə olunur. Çoxmillətli döv lətlər çərçivəsində xalqlar arasında qarşıdurmanın zorakılıq, vətəndaş müharibələri və qaçqın axını ilə müşayiət olunan artımı müşahidə olunur. Belə münaqişələrin əyani nümunələri Yuqoslaviya və Rusiyadır. Beynəlxalq səviyyəli siyasi, iqtisadi və sosial institutların yaradıldığı inteqrasiya prosesləri ilə yanaşı, Avropa si yasi məkanının etnikləşdirilməsi meyli də özünü göstərir. Artıq milli azlıqlar öz dövlətlərini yaratmağa və ya ana vətən olan dövlətə qoşulmağa can atırlar. Beynəlxalq təhlükəsizlik və sülh milli azlıqların problemlərinin həllindən asılıdır, dövlətlərdən, beynəlxalq təşkilatlardan və bütün maraqlı tərəflərdən milli maraqların barışdırılmasına yönəlmiş yeni yanaşmalar işləyib hazırlamaq, milli azlıqların hüquqları kontekstində xalqların öz müqəddəratını azad təyin etməsi prinsipini dərk etmək tələb olunur. Milli azlıqların öz müqəddəratını təyin etmə hüququ məsələsi beynəlxalq hüquqda aktual olsa da, mübahisəsiz deyildir. Bu problemin həlli beynəlxalq təşkilatlar qarşısında cavabları birmənalı xarakter daşımayan suallar qoyur, məsələn: xalqın öz müqəddəratını təyin etmə hüququ və azlıqların öz müqəddəratını təyin etmə hüququ arasında fərq varmı? Milli azlıq vəziyyətində olan xalqın öz müqəddəratını təyin etmək hüququ var mı? Bu halda o, həmin hüququ hansı dərəcədə həyata keçirə bilər, bu zaman hansı hüquqi və siyasi problemlər yarana bilər?


Müəllif : Qulu Novruzov - BDU “Beynəlxalq ümumi hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir