Neft hasilatı və ixracı sahəsində dünya dövlətlərinin qanunvericilik və əməkdaşlıq təcrübəsi - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Məqalədə neft ixrac edən bir sıra ölkələrin neft hasilatı və ixracı sahəsində dövlətdaxili qanunvericilik praktikası və əməkdaşlıq təcrübəsi geniş təhlil edilir. Qeyd edilir ki, dövlətlər arasında neft hüquq münasibətlərini tənzim edən neft hüququnda, eləcə də OPEK-in neftin hasilat kvotaları üzrə fəaliyyətində əsas müəyyənedici prinsip məhz dövlətlərin öz əraziləri üzərində suverenliyi prinsipi çıxış edir. Bu mənada lazımi hüquqi bazanın mövcudluğu, o cümlədən müvafiq qanunvericilik sisteminin qəbul edilməsi bu təbii ehtiyatlardan səmərəli və ağlabatan şəkildə istifadənin zəruri şərtidir. Müəllif belə bir nəticəyə gəlir ki, əksər neft ixracatçı-dövlətləri xarici neft şirkətlərinin ölkə ərazisində normal fəaliyyət göstərməsi, o cümlədən bu sahədə digər dövlətlərlə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi üçün kifayət qədər müfəssəl qanunvericilik aktları qəbul etmişlər.


Müəllif : Anar Pənahov - Bakı Dövləti Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dissertantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir