Qüsurlu Mallara və Qüsurlu Xidmətlərə görə İstehlakçı Hüquqları - Azərbaycan Vəkili Jurnalı №21 (2022)

Açıqlama:

İstehlakçılara təqdim olunan mal və xidmətlərin keyfiyyətliliyini, istehlakçıların mal (xidmət) haqqında məlumatlılığını təmin etmək, onları şişirdilmiş və aldadıcı reklamlardan, habelə, bu münasibətlərdə daha güclü mövqe tutan şirkətlər tərəfindən hazırlanmış və müzakirə edilmədən təqdim edilən müqavilənin standart şərtlərindən qorumaq üçün ölkəmizdə kifayət qədər normativ-hüquqi baza mövcuddur. İstehsal münasibətlərinin daha zəif tərəfi olan istehlakçıları qorumaq üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Lakin, müasir dövrdə yeni ticarət növlərinin meydana çıxması, onlayn alış-verişin daha da genişlənməsi, bütövlükdə istehlakın artması bu münasibətləri yenidən təhlil etməyə, bu sahədə mövcud olan normalara əlavə və dəyişikliklər etməyə rəvac verməklə yanaşı, istehlakçıların hüquqlarının müdafiəsi məsələsini daha da aktual edir. Məqalədə qüsurlu mal (xidmət), həmçinin qüsurlu maldan (xidmət) dolayı yaranan zərər görə məsuliy yətin əsasında dayanan “qüsur” məfhumu araşdırılmışdır . Qüsur-qüsurlu malların (xidmətlərin) vurduğu zərərə görə istehlakçılar tərəfindən satıcıya (icraçıya, istehsalçıya) qarşı irəli sürülən tələblərin istifadəsi və dəymiş zərərin əvəzinin ödənilməsi ba xımından böyük əhəmiyyət daşıyır. Məqalədə qüsura anlayış verməklə yanaşı, həmçinin, qüsurun növləri, qüsura görə məsuliyyət yaranması üçün zəruri olan şərtlər, qüsurlu mal (xidmət) qarşısında istehlakçıların hüquqları milli və beynəlxalq qanunvericilik çərçivəsində təhlil edilmişdir.


Müəllif : Roman Qaraşov
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 46

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir