Müasir dövrdə istehlakçı hüquqlarının müdafiəsi hər bir dövlətin hüquq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Son illərdə istehsalın kütləvi xarakter alması, istehlakçıların bu və ya digər vasitələrlə ehtiyacı olmayan malları istehlak etməyə məqsədli şəkildə istiqamətləndirilməsi, istehlak kreditlərinin sayının artması və digər bu kimi səbəblərdən istehlakçıların düşdüyü vəziyyət onların hüquqlarının müdafiəsinin aktuallığını daha da ön plana çıxarır
Qiymətləndir